Interposta.Info

Azərbaycan vətəndaşlarına nə üçün yanlış zəlzələ mesajı gəlib? (SƏBƏB)

Ölkə / Manşet
 17-08-2023, 09:35     164

Ötən gün səhər saatlarında bəzi şəxslərin mobil telefonuna Azərbaycanda zəlzələ olması ilə bağlı bildiriş gəlib. Android sistemli mobil telefonu olan bəzi istifadəçilərə ölkəmizdə zəlzələnin baş verməsi barədə məlumat göndərilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, həmin informasiyanın Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Bəs, Azərbaycanlı istifadəçilərə niyə belə məlumat göndəririlir?

İnformasiya Komnukasiya Texnalogiyaları üzrə mütəxəssis Rəşad Əliyev "Xəzər Xəbər"ə deyib ki, ölkəmizə yaxın ərazilərdə 3-baldan yuxarı zəlzələ qeydə alınarsa, təhlükəsizlik baxımından android sistemli telefonlara belə məlumatın ötürülməsi normaldır.

Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5 bal gücündə zəlzələ qeydə alınıb.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26