Interposta.Info

Naxçıvanda yeni qeydiyyatdan keçmiş obyektlərin sayı üç dəfədən çox artıb
 

Ölkə
 10-08-2023, 17:30     137

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında (NMR) tətbiq edilən müasir vergi inzibatçılığı və şəffaflaşma nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 3,4 dəfə artaraq 1 619-a çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər yayıb.
Məlumata görə, ötən ilin eyni dövrünə nisbətən aktiv nəzarət kassa aparatı olan vergi ödəyicilərinin sayı 7,8%, vergi daxilolmaları isə 3,4 dəfə və ya 2,2 milyon manat artıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26