Xalq artistinin qızının işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirildi - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisinin vəzifədən azad olunma səbəbi məlum olub.
InterPosta-nın əldə etdiyi məlumata görə, sözügedən şəxslər bir vaxtda deyil, müxtəlif vaxtlarda başqa işə keçmələri səbəbindən öz ərizələri əsasında vəzifələrindən azad olunublar.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisi vəzifədən azad olunub.
“Qaynarinfo” xəbər verir ki, bir rentgenoloq, iki stomatoloq, üç tibb bacısı və bir terapevt öz ərizələri ilə işdən çıxarılıb.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunanlar arasında mərhum Xalq artisti Telman Adıgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adıgözəlova da var.
InterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26