Interposta.Info

Gənclər üçün iş şansı: Qeydiyyat üçün son 5 gün - FOTO

Ölkə
 10-07-2023, 17:09     154

Gənclərin iş təcrübəsi qazanıb, gələcəkdə müvafiq sahədə çalışması məqsədi ilə “166 Logistika Akademiyası - 2023” təcrübə proqramına start verib. 2019-cu ildən etibarən “166 Yükdaşıma və Logistika” şirkəti tərəfindən davamlı olaraq keçirilən akademiya 100-lərlə gəncin gələcək karyerasına müsbət təkan vermişdir. Qeyd edək ki, bu proqramda dördüncü kurs tələbələri, magistr dərəcəsi üzrə təhsil alan tələbələr və ya yeni məzun olan namizədlər müraciət edə bilərlər. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanmaq şansını əldə edəcəklər.

“166 Logistika Akademiyası - 2023” təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə keçiriləcək:

- İnsan resursları;

- Nəqliyyatın intellektual idarəolunması;

- Data analitikası;

- Hüquq;

- Maliyyə və mühasibatlıq;

- Korporativ əməliyyatlar;

- Logistik əməliyyatlar;

- Çağrı mərkəzi;

- Korporativ satış;

- Təchizat;

- İnformasiya texnologiyaları;

- Müştəri məmnuniyyəti;

- Beynəlxalq münasibətlər və xarici satınalmalar;

- Beynəlxalq daşımalar üzrə əməliyyatlar;

- Web-development (php laravel);

- Anbar əməliyyatçısı;

- Araşdırma.

3 ay davam edəcək akademiyaya qəbul prosesi üç mərhələdən – elektron müraciətin doldurulması, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müraciət üçün namizədlər http://Bit.ly/L-A2023 qəbul portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Xatırladaq ki, qeydiyyat 15.07.2023 tarixində yekunlaşır

Qeyd: Təcrübə proqramı çərçivəsində iştirakçılara şirkət tərəfindən əməkhaqqı ödənilməsi nəzərdə tutulur.

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramına ümumilikdə 6000-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 200 nəfər Akademiyaya qəbul olunub və onların əksəriyyəti hal-hazırda “166 Yükdaşıma və Logistika” şirkətində müxtəlif departamentlərdə şöbə rəhbəri və digər vəzifələrdə çalışırlar.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26