Interposta.Info

Hansı tələbələr 3000 manatlıq təqaüdü ala biləcəklər? - AÇIQLAMA + VİDEO

Ölkə
 7-07-2023, 21:58     113

“100 tələbəyə 3 min manat birdəfəlik təqaüd veriləcək. Təqaüd Azərbaycandakı ali təhsil müəssisələrində əyani formada təhsil alan, yüksək nailiyyətləri olan tələbələr üçün nəzərdə tutulub”.

Bunu “Xəzər Xəbər”a Elm və Təhsil Nazirliyinin əməkdaşı Samir Həmidov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev adına təqaüd” təsis edilib:

“100 nəfər tələbə üçün təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək”.

Samir Həmidov bildirib ki, tələbənin qiymətləri yüksək olmalıdır:

“Bundan əlavə təhsil aldıqları tədris ocağında yüksək fəallıq nümayiş etdirmələri də əsas meyarlardan biridir. Müvafiq qaydalar hazır olduqdan sonra təqaüdün verilməsinə başlanılacaq”.

Qeyd edək ki, təqaüd birdəfəlik veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26