Interposta.Info

Paytaxtda ahıl kişi özünü qatarın altına atdı
 

Ölkə
 6-07-2023, 08:56     163

Bakının Sabunçu rayonunda 60 yaşlı piyada özünü qatarın altına ataraq ağır xəsarət alıb.

“Report”un məlumatına görə, 1963-cü il təvəllüdlü Məlikov Malik Qüdrət oğlu özünü hərəkətdə olan qatarın altına atıb.

Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qolun natamam amputasiyası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26