Interposta.Info

Azərbaycan XİN vətəndaşları Fransaya səfər etməməyə çağırdı  

Ölkə
 2-07-2023, 00:02     123

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransada iğtişaşlarla bağlı ölkəmizin vətəndaşlarına xəbərdarlıq edib.

Bu barədə Qaynarinfo-ya XİN-dən bildirilib.

"Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur", - nazirlikdən bildirilib.

Fransadakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116

TEL: +33 (0) 1 44 18 60 20

FAKS: +33 (0) 1 44 18 60 25

E-MAIL: [email protected]

[email protected]

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26