Interposta.Info

General əmr verdi: Bütün əməkdaşlar sərəncama göndərilir

 

Ölkə
 22-06-2023, 14:51     113

Dövlət Gömrük Komitəsinin (DGK) bütün əməkdaşları sərəncama göndərilir.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bu barədə DGK sədri, general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən 15.07.2023-cü il tarixindən 01.08.2023-cü ilə kimi komitənin bütün idarə və şöbələrinin rəhbər heyətlərindən tutmuş sıravi işçilərinə kimi hər kəs sərəncama götürüləcək.

Sonuncu tarixdə isə struktur yenidən formalaşdırılacaq. Bu müddətə qədər bütün əməkdaşların “işinə” yenidən baxılacaq.

Saxta diplomla rütbə alıb komitədə çalışanlar, işində ciddi nöqsanlara yol verənlər, təqaüd yaşına çatmış şəxslərin əksəriyyəti vəzifələrindən azad ediləcəklər.

Məsələ ilə bağlı DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundova xəbəri nə təsdiq, nə də təkzib edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26