Interposta.Info

Azərbaycan Ukraynaya minatəmizləmə vasitələri verəcək

Ölkə
 21-06-2023, 21:47     137

Azərbaycan minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir.

"İnterPosta" xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında çıxışı zaman deyib.

Azərbaycanın post-münaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinə istinad edən nazir Ceyhun Bayramov Ermənistan işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edib.

Bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməməsinin, habelə mina təhdidinin davam etdirilməsinin görülən işlərə hədə törətdiyi diqqətə çatdırılıb.

Mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın mina təmizləmə sahəsində də Ukrayna üçün avadanlıq təmin etmək niyyətində olduğu bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26