Interposta.Info

Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib

Ölkə
 16-06-2023, 23:40     146

“Nar”ın Baş icraçı direktoru Qunnar Panke startaplar üzrə milli çempionatında yarışmasında fəxri münsiflər heyətinin üzvü kimi iştirak edib. Beynəlxalq səviyyədə keçirilən və Miniboss Business School Baku tərəfindən təşkil olunan startaplar üzrə milli çempionatda 6-17 yaş arası istedadlı uşaqlardan və yeniyetmələrdən ibarət komandalar iştirak edib.

Qida, ekologiya, alternativ enerji, İT və bir çox sahələrdə təmsil olunan startaplar arasında ən yüksək nəticə göstərən üç komanda qalib oldu. Komandalar innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma və münsiflər heyətinin sualına cavablama kimi meyarlar üzrə qiymətləndirildi. Qalib komandalar 16-20 iyul tarixlərində Qlazqo (Böyük Britaniya) şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Qeyd edək ki, müsabiqənin fəxri münsifi Q.Panke müxtəlif tanınmış telekommunikasiya şirkətlərində strateji rəhbər vəzifələrdə çalışmış və 30 ildən artıq zəgin təcrübəsi ilə rabitə sənayesinin beynəlxalq nüfuza sahib eksperti sayılır.

“Nar”ın layihələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26