Interposta.Info

Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı - Fotolar+vıdeo

Ölkə
 25-05-2023, 21:38     135

bakcell-zengilanin-agali-kendinde-magaza-acdi
Sosial24.05.2023 | 12:47Oxunma sayı: 963
19 may 2023-cü il tarixində Zəngilan rayonunun Ağalı kəndində yeni "Bakcell" mağazası fəaliyyətə başladı.

"İnterPosta" xəbər verir ki, yeni "Bakcell" mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir.

Mağazanın açılışında "Bakcell" şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak edib.

Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. Ağıllı kəndin gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib.

“NEQSOL Holding”in tərkibinə daxil olan "Bakcell" şirkəti hazırda “Bakcell" ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

İnterPosta.info








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26