Interposta.Info

Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada infrastruktur üzrə direktoru ilə görüş keçirilib - FOTO

Ölkə
 18-05-2023, 14:41     174

Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiyada infrastruktur üzrə direktoru Yekaterina Miroşnik ilə görüşdə bankın ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakına dair müzakirə aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində bankın Avrasiyada infrastruktur üzrə direktoru Yekaterina Miroşniklə görüşüb.

Görüşdə Azərbaycanın bankla uğurlu əməkdaşlığı vurğulanıb, ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tərəfdaşlıq potensialı diqqətə çatdırılıb.
Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin bankın ölkəmizdə həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlığı və infrastruktur layihələrində iştirakını müzakirə ediblər.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26