Interposta.Info

"Valideynlərlə yanaşı, Elm və Təhsil Nazirliyi də günahkardır" - Ekspert
 

Ölkə
 16-05-2023, 18:44     2 819

"Bu məsələdə valideynlərlə yanaşı, Elm və Təhsil Nazirliyi də günahkardır".

Bunu "İnterPosta"ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev 13 yaşlı məktəblinin 37 yaşında kişiyə nişanlanmasına münasibət bildirərkən deyib.

Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi də müəyyən boşluqlara yer verir: "Maarifləndirmə işi məktəblərdə düzgün qurulmalıdır. 9 və ya 11-ci sinifi bitirən və 2 alan şagirdlərə attestat verilməməlidir, oxumağa təhrik etməlidir".

Elçin Əfəndiyevin fikirincə, qanunvericiliyin tələbinə uyğun olaraq yetlinlik yaşına çatmayanlara qarşı tətbiq etdikləri basqı üzərindən addım atılmalıdır: "Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi valideynlərlə danışmalıdır. Müvafiq olaraq vaıideynlərlə profilaktik söhbət aparılmalıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26