Interposta.Info

Türkan Gündüzü qətlə yetirən ərinin ifadəsi məlum oldu
 

Ölkə
 8-05-2023, 18:55     135

Mayın 7-nə keçən gecə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində həyat yoldaşı, tanınmış cərrah Türkan Yafəs qızı Gündüzü qətlə yetirməkdə şübhəli bilinən Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib.

"InterPosta” xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 1967-ci il təvəllüdlü M.Gündüz barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bildirilir ki, M.Gündüz ilkin ifadəsində hadisənin qısqanclıq zəminində baş verdiyini qeyd edib. O bir müddətdir həyat yoldaşı ilə münasibətlərinin soyuduğunu, hadisə baş verərkən isə bir-birlərinə qarşılıqlı ittihamlar irəli sürdüklərini qeyd edib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam edir.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26