Interposta.Info

Bu avtobuslarda gediş haqqı dəyişdi - Yeni qiymət

Ölkə
 28-04-2023, 10:02     169


Bakı-Sumqayıt avtobuslarında gediş haqqı artıb.

"İnterPosta" globalinfo.az-a istinadən xəbər verir ki, qeyri-rəsmi çalışan mikroavtobuslar şənbə və bazar günlərində, bayramlarda, həmçinin tıxacın olmadığı saatlarda sərnişinləri 1 manata aparırdılarsa, son həftə ərzində qiyməti 50 qəpik artırıblar.

Belə ki, artıq bir neçə gündür, sərnişinlər 1 manat 50 qəpiyə getməli olurlar.

Sakinlərin sözlərinə görə, günorta tıxac olmasa da, qiymət endirilmir. Hətta axşamlar 3 manat gedişhaqqı tələb edənlər də olur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26