Interposta.Info

26 yaşlı hərbçi nişanlısıgildə öldü - Zaqatalada faciə (FOTO/YENİLƏNİB)  

Ölkə
 31-03-2023, 17:30     131

Azərbaycanda 26 yaşlı hərbçi vəfat edib.

"İnterPosta" lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunda qeydə alınıb.

Hərbi qulluqçu, Zaqatala sakini Məhəmməd İbrahim oğlu Cindarov ürəktutmadan dünyasını dəyişib.

Bildirilib ki, M.Cindarov Zaqatalaya məzuniyyətə gəlibmiş. Belə ki, M.Cindarov nişanlı olub. Bu gün o, nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub.

"İnterPosta"nın məlumatına görə, M.Cindarov Dövlət Sərhəd Xidmətinin hərbçisidir.

16:59

Daxili Qoşunların hərbçisi vəfat edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala rayonunda qeydə alınıb.

Daxili Qoşunların hərbi qulluqçusu, Zaqatala sakini, 27 yaşlı Məhəmməd İbrahim oğlu Cindarov ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, M.Cindarov Daxili Qoşunların hərbi qulluqçusudur. O, Zaqatalaya məzuniyyətə gəlibmiş.

Onu da qeyd edək ki, M.Cindarov nişanlı olub. Bu gün o nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub. M.Cindarov nişanlısının yanında dünyasını dəyişib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26