Interposta.Info

Son sutkada yoluxanların sayı açıqlandı

Ölkə
 13-03-2023, 22:25     202

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 828 946 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 590 nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26