“Oksana Rəsulovanın tələbələrlə görüşü göstərdi ki...” - Xalq artistindən açıqlama

"Oksana Rəsulova peşəkar rəqqasədir, istəlinən bir ali məktəbdə tələbə və müəllim heyəti ilə görüş keçirə bilər. Əsas odur ki, insan öz sənətinin peşəkarı olsun”.
Bunu "İnterPosta"-ya açıqlamasında Xalq artisti Təranə Muradova rəqqasə Oksana Rəsulovanın Naxçıvan Universitetində tələbə və müəllim heyəti ilə keçirdiyi görüşdən danışakən deyib.
Xalq artisti bildirib ki, rəqs sənəti Azərbaycan mədəniyyətinin canlı qoludur:

"Mən 15 ildən yuxarıdır ki, münsiflər heyətində təmsil olunuram. Naxcıvanda, Gəncədə, xarici ölkələrdə tələbələrlə görüşlərim olub. Niyə də olmaz? Əgər bir insan öz sənətinin peşəkarıdırsa, niyə də olmasın? Biz mədəniyyəti təmsil edirik, mədəniyyətdən danışırıq. Rəqs mədəniyyətin gözüdür. Biz peşəkar rəqqasları universitetlərə ustad dərslərinə göndərik”.
Təranə Muradovanın fikrincə, rəqs sənəti təbliğ olunmalıdır ki, gələcək nəsil bu sənətdən xəbardar olsun.
Qeyd edək ki, rəqqasə Oksana Rəsulova Naxçıvan Universitetində "Həmsöhbət” lahiyəsinin ilk qonağı olub. Rəqqasə görüşdən fotolar paylaşıb. Onun bu görüşü sosial şəbəkədə böyük rezonans doğurub.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26