Interposta.Info

Azərbaycanlı xilasedicilər dağıntılar altından qızıl və pul tapdı  

Ölkə
 16-02-2023, 21:13     141

Kahramanmaraşın Pazarcık bölgəsində 7,7, Elbistanda isə 7,6 ballıq dağıntılara səbəb olan zəlzələlərdən sonra axtarış-xilasetmə işləri davam edir.

Qaynarinfo-nun məlumatına görə, zəlzələdən dərhal sonra axtarış-xilasetmə işlərinə qatılan Azərbaycan qrupları dağılan binanın qalıntıları üzərində işə başlayıb. Azərbaycanlı qruplar dağıntılar altından içərisində 1500 dollar olan qızıl-zinət əşyaları, qızıl boyunbağı, pul əskinasları tapıb və onları hesabat qarşılığında təhlükəsizlik qüvvələrinə təhvil veriblər.

Zərgərlik məmulatlarını dağıntılar altından çıxararaq təhlükəsizlik qüvvələrinə təhvil verən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Axtarış-xilasetmə dəstəsinin rəisi Anar Xaspulatov bu barədə İhlas Xəbər Agentliyinə açıqlama verib. Xaspulatov açıqlamasında "Sonra çanta tapdım. Çantanın aid olduğu ailənin sənədləri də içində idi. Çantanı, 1500 dollar pulu və qızılı raportla təhlükəsizlik qüvvələrinə təhvil verdim” - deyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26