Interposta.Info

Sürücülərin nəzərinə! Bu gündən cərimə...

Ölkə
 2-02-2023, 11:33     128

İnzibati Xətalar Məcəlləsinə dünən edilən və bu gün qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.

"İnterPosta" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

O əlavə edib ki, cəriməni yazmaq səlahiyyəti yalnız Dövlət Yol Polisi (DYP) əməkdaşlarına aiddir:

"Dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) Bakı Nəqliyyat Agentliyinin (BNA) cərimə yazmaq səlahiyyəti ləğv edildi. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır".

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26