Interposta.Info

İsrail polisi Qüdsdə terror aktı törədən şəxsin adını açıqladı

Ölkə
 28-01-2023, 11:40     217

Qüdsün şərqindəki Neve Yaakov məhəlləsində sinaqoqda insanlara atəş açan terrorçu təkbaşına hərəkət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC İsrail polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, hücum edən 21 yaşlı Şərqi Qüds sakinidir. Polis onu qaçmağa çalışarkən güllələyib.

Təhlükəsizlik qüvvələri hücumda başqa birinin əli olub-olmadığını araşdırmağa davam edir.

"Kan”tele-kanalının verdiyi məlumata görə, terrorçu sinaqoqa daxil olaraq ibadət edənlərə atəş açmağa başlayıb. Polis yeddi nəfərin öldüyünü, daha üç nəfərin yaralandığını təsdiqləyib. Daha əvvəl on qurbanın olduğu bildirilirdi.

"The Jerusalem Post” qəzetinin yazdığına görə, atəş Şərqi Qüdsdəki Şuafat ərəb məhəlləsinin sakini tərəfindən açılıb. Qəzet iddia edir ki, o, həm də Fələstin HƏMAS hərəkatının üzvü olub.

Terror İsrail ordusunun Fələstinin Cenin şəhərinə reydindən bir gün sonra baş verib. "İslami Cihad” terror qruplaşmasının bir neçə üzvü və bir mülki şəxs də daxil olmaqla doqquz fələstinli öldürülüb. BBC-nin məlumatına görə, ölənlər arasında 61 yaşlı qadın da var.

İsrail ordusu bildirib ki, məqsəd "böyük hücumlar” planlaşdıran yaraqlıları həbs etməkdir. Fələstin hakimiyyəti İsraili "qırğın”da ittiham edib və təhlükəsizlik məsələlərində onunla koordinasiyanı dayandırıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26