“Nar” 2023-cü ildə də sosial yönümlü peşə təlimlərinə davam edir

“Nar” 2023-cü ildə də nitq və eşitmə məhdudiyyətli insanların həyat keyfiyyətinin
yüksəldilməsi istiqamətindəki layihələrini davam etdirir. Belə ki, mobil operator artıq 4-cü
dəfədir ki, “Təlim Məktəbi” layihəsi çərçivəsində bu gənclərin cəmiyyətə
inteqrasiyasına dəstək olmaq üçün peşə təlimləri təşkil edir. Missiya çərçivəsində həmin
gənclər üçün əmək bazarında daha çox tələbat olan manikür ustalığı təlimləri keçirilir.
Ümumilikdə 3 ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan
15-30 yaş arasındakı 10 gənc iştirak edir. Təlimlərin sonunda isə iştirakçılara Əlilliyi olan
şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə
şəhadətnamə təqdim olunacaq. “Təlim məktəbi” layihəsinin tərəfdaşı “Karlarа Dəstək”
İctimai Birliyidir.
Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan
Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsində “KSM üzrə ən yaxşı layihə”
nominasiyasında qalib olub.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar”
son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26