Interposta.Info

Ölkədəki sürüşmə zonlarının sayı və son vəziyyət açıqlandı

Ölkə / Manşet
 17-01-2023, 18:19     178

Sürüşmə zonalarındakı vəziyyət açılanıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.

Sədr bildirib ki, hazırda ölkə ərazisində ümumilkdə 99 lokal sürüşmə zonası təsbit edilib və xəritələnib. Onlardan 42-si davamlı monitorinqə cəlb edilir. Əli Əliyevin sözlərinə görə, sürüşmə zonalarında vəziyyət stabildir.

İdarə Heyətinin sədri həmçinin bildirib ki, dünən Zığ, Badamdar və Qaraçuxurda monitorinq aparılıb: "Son illərdə sürüşmə ərazilərində istinad divarları tikilir. Qaraçuxurda bu yolla demək olar ki, sürüşmələrin qarşısı alınıb. Badamdar ərazisində də istinad divarlarının inşası prosesi davam etdirilir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26