Son iki gündə Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

Qarlı hava şəraiti ilə əlaqədar son iki gündə Bakıda 50 yol-nəqliyyat hadisəsi baş verib.
"İnterPosta"nın məlumatına görə, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, Bakı şəhərində dünən 35, gecədən bu dəqiqələrə qədər isə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb:
“Qəzaların hamısı maddi ziyanla yekunlaşıb. Heç bir hadisədə ölüm və xəsarət halı qeydə alınmayıb”.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26