Interposta.Info

Rövşən Rzayev:"BAMF məcburi köçkünlərlə bağlı problemlərin həllinə sanballı töhfələr verib" - VİDEO

Ölkə / Manşet
 4-01-2023, 13:08     301

"Azərbaycanın dövlət müstəqilliyinin bərpasından az sonra fəaliyyətə başlayan BAMF ötən dövrdə ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasına, medianın inkişafına, sülhməramlı aksiyaların təşkilinə, həmçinin məcburi köçkünlərlə bağlı problemlərin həllinə sanballı töhfələr verib".

"İnterPosta" xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat fondunun 30 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Bundan başqa o, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü kimi Umud Mirzəyevin fəaliyyətinin Komitə üçün vacibliyindən danışıb.

Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.

BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.

Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb./Ednews

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26