Interposta.Info

Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub öldürdü - RƏSMİ + YENİLƏNİB

Ölkə / Manşet
 8-12-2022, 09:44     244

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Oxu.az-a verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

08:51

Sumqayıtdan Bakıya doğru hərəkət edən elektrik qatarı Güzdək qəsəbəsindən keçərkən adam vurub.

Hadisənin intihar olub-olmadığı hələ bilinmir.

Qatar təxminən 30 dəqiqə gecikib və bununla digər qatarların hərəkətində də ləngiməyə səbəb olub.

08:09

Bu gün səhər 07:25-də Sumqayıtdan Bakıya yola düşən elektrik qatarı adam vurub.

Qatar bələdçisinin verdiyi məlumata görə, qatarın vurduğu şəxs ölüb.

Hadisə nəticəsində qatarların hərəkətində gecikmələr müşahidə edilir./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26