Interposta.Info

Azərbaycanda daha 25 nəfər COVID-19-a yoluxub - FOTO

Ölkə
 26-11-2022, 17:35     181

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 193 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 942 nəfər müalicə olunaraq sağalıb, 9 976 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir.

Ölkədə son sutka ərzində 2015, hazırkı dövrədək isə 7 369 434 test aparılıb

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26