Interposta.Info

Bakıda 73 yaşlı "Karqo Bahar" həbs olundu

 

Ölkə
 18-11-2022, 18:58     514

Bakıda özünü "AZAL Karqo" şirkətinin əməkdaşı kimi təqdim edən 73 yaşlı Bahar adlı qadına höküm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Bahar 9 fevral 1949-cu ildə Qazaxıstan Respublikasında anadan olub, subay və ali təhsillidir. O, 1994-cü ildən 2020-ci ilə kimi dələduzluq etdiyinə görə bir neçə dəfə məhkum olunub. Həyat yoldaşından ayrıldıqdan sonra - 2007-ci ildə Masallı rayonundan qeydiyyatdan çıxıb və hazırda heç bir yerdə qeydiyyatda deyil. Onun 1994-cü ildən indiyədək şəxsiyyət vəsiqəsi belə olmayıb. Bahar ilk dəfə həbs olunanda köhnə SSRİ pasportunu polisə təhvil verib.

Baharın bu dəfəki həbsi kirayə qaldığı evin sahibəsi Saburənin nəvəsini və tanışlarını "AZAL Karqo" şirkətinə işə düzəltmək adı ilə dələduzluq etməsi olub. Belə ki, o, Xətai rayonu, Əbilov küçəsi ev 28 ünvanında bir otaqlı evdə 120 manata kirayə qalıb. Bir müddət sonra Bahar Saburəyə "AZAL kargo” şirkətində işlədiyini və onu öz yanına işə düzəldə biləcəyini bildirib. Həmçinin ona nəvəsi Pərini də 900 manat maaşla işə düzəltmək imkanın olduğunu deyib. Saburə 2 may 2021-ci il tarixdə ona 700 manat pul verib. Daha sonra əlavə 1300 manat da alıb.


Saburə Bahara qonşusu Eyzangülü və oğlu İsmayılın da işsiz olduğunu, onların da işə düzəlmək istədiyini bildirib. Bahar deyib ki, İsmayılın adını Aviasiya Akademiyasına yazdırmaq lazımdır və bunun üçün 300 manat da əlavə pul verilməlidir. Ümumilikdə Eyzangülün özü və oğlunun işə düzəlməsi üçün onlardan 2300 manat pul alıb.

Bir neçə gün keçdikdən sonra Bahar kirayə yaşamaq üçün başqa ev tapıb və əldə etdiyi pulları öz ehtiyaclarına xərcləyib. Bundan sonra isə şikayət əsasında saxlanılıb.

Məhkəmənin qərarı ilə Bahar 2 il 9 ay azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26