Interposta.Info

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurası yaradılır

Ölkə
 21-10-2022, 15:06     260


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır.

"İnterPosta" xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

Fərmana dəyişikliklə Müşahidə Şurası sədr də daxil olmaqla 5 üzvdən ibarət olacaq.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26