Interposta.Info

Azərbaycanın səhiyyə naziri elan etdi - Pandemiya bitir

Ölkə / Manşet
 22-09-2022, 12:33     430

Pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm.

"İnterPosta" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

"Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonunun yaxınlaşması ilə bağlı ümid olduğunu bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm",- deyə T.Musayev əlavə edib.

Nazir qeyni zamanda qeyd edib ki, Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var:

"Bu günə qədər peyvənd olmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram", - T.Musayev bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26