Interposta.Info

Türkiyə Prezidenti İsrailə səfər edə bilər

 

Ölkə
 20-09-2022, 18:12     181

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.

"İnterPosta" "Bloomberg”-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bunu ABŞ-da yəhudi icmasının yüksək səviyyəli bir neçə nümayəndəsi ilə görüşdə bildirib.

O, mümkün səfərin tarixi barədə məlumat verməyib.

Xatırladaq ki, bu həfətə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə də görüşü planlaşdırılır.

Qeyd edək ki, sentyabrın 19-da İrit Lilian İsrailin Türkiyəyə yeni səfiri təyin olunub. O, bu təyinatadək İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili işləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26