Interposta.Info

Adı bu gün açıqlanan iki şəhidimiz... (FOTO)

 

Ölkə
 17-09-2022, 15:25     252

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan daha 2 hərbçimizin adını açıqlayıb, bununla da şəhidlərin sayı 79-a çatıb.

"İnterPosta" xəbər verir ki, şəhidlərdən biri - baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğludur. O, 11 oktyabr 1997-ci ildə dünyaya gəlib.

Digər şəhid Omarov Eşqin Nәsib oğlu 10 iyul 2003-cü il təvəllüdlür. Bu gün Baş Prokurorluq Eşqin Omarovun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olduğunu açıqlayıb. Daha sonra Müdafiə Nazirliyi hərbçimizə şəhid statusunun verildiyini bəyan edib.

Allah rəhmət eləsin!

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26