Interposta.Info

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib

Ölkə / Manşet
 9-09-2022, 09:49     406

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

Bu barədə "İnterPosta"ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

“Singapore Airlines” aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Boeing B777” təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26