Erməni silahlı qüvvələri ordumuza məxsus nəqliyyat vasitələrini atəşə tutdu (FOTO)

Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.
"İnterPosta" xəbər verir ki bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib.
Hərbi qulluqçularımız arasında itki yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26