Interposta.Info

Sabah hava yağmursuz, küləkli olacaq
 

Ölkə
 27-08-2022, 12:52     276

Avqustun 28-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26