Interposta.Info

Narkotik ticarətindən yazan bloqerin maşınını yardılar - Nazirə müraciət etdi (VİDEO)

Ölkə / Manşet
 25-08-2022, 12:06     830

Bloqer Nail Kəmərlinin şəxsi "Niva” markalı avtomobilindən oğurluq hadisəsi baş verib.

"İnterPosta" xəbər verir ki, bu barədə Nail Kəmərli video müraciət yayıb. Müraciətdə N.Kərimli baş verən oğurluq hadisəsinə görə hüquq-mühafizə orqanlarına, Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova müraciət ünvanlayıb.

O deyib ki, baş verən oğurluq hadisəsi narkotik ticarətçiləri ilə bağlı hazırladığı son çəkilişlərindən sonra baş verib.

"Son çəkilişlərindən sonra artıq narkotik satanlar mənə qarşı müxtəlif yollarla təzyiqlər etməyə başlayıblar. Avtomobilimdən çəkiliş üçün istifadə etdiyim video-kamera və bir neçə əşya oğurlanıb. Bütün baş verən hadisələrə baxmayaraq, narkotik satanlara qarşı mübarizəmi dayandırmayacağam”.

Qeyd edək ki, bloqer Nail Kəmərlinin Bakının "Papanin” və "Xutor” adlanan ərazilərində narkomaniyanın yayılması ilə bağlı hazırladığı süjet geniş müzakirələrə səbəb olub. Verilişdə danışan yerli sakinlərin çıxışları, səsləndirdikləri fikirlər sosial şəbəkələrdə kütləvi şəkildə yayılmaqdadır. Onlar son illərdə narkomaniyanın daha da artdığını, bəzi insanların bu ərazilərdə kirayə evlərin ucuz olması səbəbindən burada cəmləşdiklərini, hətta açıq-aşkar narkotik satışının baş verdiyini, oğurluq, soyğunçuluq hadisələrinin artdığını qeyd ediblər.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26