Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanılıb.
"Report"un əldə etdiyi məlumata görə, hazırda İdarə tərəfindən xəstəxanada araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.
Bildirilib ki, nəticəsi barədə əlavə məlumat veriləcək.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26