Interposta.Info

Ordumuzun nəzarətə götürdüyü Sarıbaba yüksəkliyi (FOTO)

Ölkə
 5-08-2022, 11:49     449

Sosial şəbəkədə Ordumuzun avqustun 3-ü keçirdiyi antiterror əməliyyatında nəzarətə götürdüyü Sarıbaba dağının möhtəşəm görüntüsü yayılıb.

"İnterPosta" verir ki, bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paylaşım edib.

O qeyd edib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən - doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib: "Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib. Ordumuza eşq olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

İnterPosta.info



Laçın rayon Ərdəşəvi kənd ərazisindən SARIBABA yüksəkliyinin foto şəkili Xaliq Rəşidoğlu tərəfindən 06 iyun 2022-ci il tarixdə çəkilmişdir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26