Interposta.Info

“Qisas”dan sonra Qarabağdakı vəziyyət – VİDEO

Ölkə
 4-08-2022, 20:17     165

Vətən Müharibəsindən sonra bəyənnamələr imzalasalar da, ona hörmət qoymayan ermənilər gah sülhməramlıların məsuliyyət zonasında, gah da sərhədlərimizdə müxtəlif təxribatlara əl atdılar.

Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan, əli silahlı erməni quldur dəstələrinin son qanunsuzluğu ordumuzun şəhid verməsi ilə nəticələndi.

Azərbaycan üçün qırmızı xətti küçən ermənilər ötən gün özbaşınalıqlarının cəzasını canları ilə ödəməli oldular. Və yükunda bir çox yüksəkliklərə nəzarət ölkəmizə keçdi.

İndi isə hamını bir sual düşündürür. Bundan sonra nə baş verəcək?

Siyasi şərhçi Əhməd Əlili bildirib ki, Rusiya qoşunları bu proseslərə nəzarət etməlidir.

“Rusiya sülhməramlıları sülhməramlı statusunu qoruyub saxlamaq istəyirlərlə bundan sonra hər hansısa bir təmas xəttinin meydana çıxmasına imkan verməməlidirlər” – deyə, o qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

İnterPosta.info

https://youtu.be/tCO4fwojadg

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26