Interposta.Info

Aİ-də meymunçiçəyinə qarşı peyvənd təsdiqləndi

Ölkə
 23-07-2022, 10:18     187

Avropa Dərman Agentliyi (EMA) böyükləri meymunçiçəyindən qorumaq üçün “Imvanex” peyvəndinin istifadəsini genişləndirməyi tövsiyə edib.

Bu barədə Avropa İttifaqı (Aİ) tənzimləyicisinin cümə günü yaydığı press-relizdə deyilir.

Dərman hələ 2013-cü ildə Aİ-də çiçək xəstəliyinin qarşısının alınması üçün tətbiq olunub. Onun tərkibində inəkçiçəyinin zəifləmiş forması var.

Bildirilir ki, yeni tövsiyələr əsasında yaxın vaxtlarda preparatın istifadəsinə dair təlimatlara zəruri dəyişikliklər ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26