Interposta.Info

Ən xırda səhvlərlə ən ağır faciələr arasında... - Nəqliyyat ekspertindən xəbərdarlıq

Ölkə
 7-07-2022, 14:35     214

Ən xırda səhvlərlə ən ağır faciələr arasında... - Nəqliyyat ekspertindən xəbərdarlıq
"Özünüzü qoruyun. Nəzərə alın ki, yollarda etdiyimiz ən xırda səhvlərlə ən ağır faciələr arasında məsafə gözlə qaş arasındakı qədərdir”.

Qaynarinfo xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov iyul ayının ilk 4 günündə yollarımızda baş verən qəzalarda 22 nəfərin həlak olması ilə bağlı statistikadan danışarkən deyib. O, belə qısa müddət üçün bu qədər ağır göstəricinin olmasını xatırlamadığını bildirib:

"Mövcud problemlər daha da qabarıq üzə çıxmaqdadır. Necə deyərlər, bu sahədə olan "xəstəliklər” şiddətlənir. Xırda bir məqama toxunmaq istəyirəm. Bu səhər Sumqayıt-Bakı yolunun Biləcəri bərabərindəki hissəsində (təxminən 1 kilometrlik yol sahəsində) 2 arxadan vurulma hadisəsi gördüm (eyni mənzərə hər gün Z.Bünyadov pr-də, Aeroport yolunda və oxşar yollarda da olur). Səhər saatlarında, hərəkətin pik vaxtı, ciddi sıxlıq və tixac olan bir yerdə bu hadisələrin əsas səbəbi sürücülərin telefondan istifadəsidir. Həmin vaxt nəqliyyat axını gah gedir, gah da dayanır, orta sürət 10 km/saat-dan az olur. Diqqət etsəniz, hər 5 sürücüdən dördünün əlində smartfon görəcəksiniz. Sadəlövhcəsinə düşünürlər ki, tixacdır, sosial şəbəkələrə və ya başqa məlumatlara baxaq, görək nə var, nə yox. Onsuz da ara məsafəsi saxlamırıq, belə asta sürətdə isə az qala bufer-buferə və güzgü-güzgüyə sürürük. Sürücünün gözü isə smartfondadır. Qabaqdakı dayananda onu görmür və beləcə bu gün gördüyüm kimi hadisələr baş verir. Düzdür, tıxacda belə hadisə az miqdarda madi ziyan vurur. Amma buna aludə olan xeyli sürücü bunu yüksək sürət vaxtı da edir. Bu halda isə daha faciəli nəticələr olur”.
Ətraflı

Ekspertin fikirincə, tıxacda bu səbəbdən baş verən hadisələr yolu daha da keçilməz edir:

"Nəticədə həmin tıxac daha dözülməz olur və uzun müddət davam edir. Həmin tıxacdan çıxan sürücü isə ayağını qaza basaraq, çox aqressiv sürür. Nəticədə tıxacdan sonrakı yolda ağır qəza baş verir. Dünən bir göz həkimi ilə söhbətimiz oldu. Deyir ki, son vaxtlar göz həkiminə müraciət edənlərin sayı 2 dəfə artıb, xüsusən də gənclər sırasından. Əsas səbəb smartfon və kompüterdən həddən artıq çox istifadədir. Gözlərimizə daha çox ziyan vuran isə hərəkət vaxtı tərpənən smartfona baxmaqdır. Yəni avtomobil sürərkən smartfona baxan sürücü həm gözlərini kor edir, həm də potensial olaraq ən ciddi qəzaya düşə bilir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26