Interposta.Info

Müdafiə Nazirliyindən Seyfəli poliqonu ilə bağlı xəbərdarlıq

Ölkə / Manşet
 28-06-2022, 12:34     207

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən "İnterPosta"-ya verilən xəbərə görə, döyüş sursatlarının utilizasiya prosesi 29.06.2022 - ci il tarixdən 02.07.2022 - ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26