Interposta.Info

Vaqif Əsədov İŞDƏN AYRILIR? "Bir gün gələn bir gün gedər..."
 

Ölkə
 9-06-2022, 11:50     186

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovun daxili işlər orqanlarında xidmət müddətinin başa çatdığı bildirilir. Bu gün onun xidmət müddətinin sonuncu günüdür.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı "Ölkə.Az"a açıqlama verən qurum rəsmisi hazırda işinin başında olduğunu bildirib.

"Hazırda işimin başındayam. Hələ ki bununla bağlı heç bir əmr verilməyib. Bir gün gələr bir gün də gedər. Onsuz da mənim getməyim barədə hər gün yazırsız. Amma hələ ki işimdəyəm. Təki hamıya belə bir xidmət nəsib olsun".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26