Interposta.Info

Təhsil Nazirliyinin səlahiyyətləri artırıldı

Ölkə
 8-06-2022, 20:04     219

Təhsil Nazirliyinin səlahiyyətləri artırılıb.

"İnterPosta"xəbər verir ki, bununla bağlı qərar "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmana dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Təhsil Nazirliyi təhsilverənlərin etik davranış və müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq edəcək.

Eyni zamanda, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.6.15-ci yarımbəndində "ümumtəhsil internat” sözləri "ümumi təyinatlı internat tipli ümumtəhsil” sözləri ilə, "təhsil müəssisələrinə” sözləri "ümumtəhsil məktəblərinə” sözləri ilə və "xüsusi məktəblər və internat məktəblərinə” sözləri "xüsusi ümumtəhsil məktəblərinə və internat tipli xüsusi ümumtəhsil məktəblərinə” sözləri ilə əvəz ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26