Interposta.Info

Bu gün 24 mindən çox şagird buraxılış imtahanı verəcək

Ölkə
 30-04-2022, 10:04     199

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahan saat 11:00-da başlanır.

İmtahanın Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan MR-də, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında keçirilməsi nəzərdə tutulub və 24 864 şagirdin iştirakı nəzərdə tutulur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26