Interposta.Info

Ramazan ayının 20-ci günü: İmsak, iftar və namaz vaxtları

Ölkə
 20-04-2022, 22:25     254

Sabah Ramazan ayının iyirminci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 21-də imsak vaxtı saat 04:22-də, iftar vaxtı isə 19:40-dadır.

Aprelin 21-i üçün namaz vaxtları:

Sübh azanı 04:27
Zöhr azanı 12:39
Əsr azanı 17:27
Məğrib azanı 19:40
İşa azanı 20:46

İyirminci günün imsak vaxtı üçün duanı təqdim edirik:

Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil-mu’minin.

Tərcüməsi: İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah.

İftar duası:

"Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: "İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul eləsin!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26