Interposta.Info

Zərərçəkmiş: "Maqsud Mahmudova 850 min dollarlıq antik əşya vermişəm"

Ölkə
 13-04-2022, 17:57     184

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər dindirilib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs zərərçəkmiş Rasim Bayramovun ifadəsinə epizodlarla münasibət bildirib.

M.Mahmudov deyib ki, R.Bayramov ondan 17 min manat pul alıb: "Təkcə "Həyat ağacı"na görə 10 min manat vermişəm. Halbuki həmin əşya antik sayılmır”.

Zərərçəkmiş İlham Kərimov isə deyib ki, M.Mahmudov ona 57 min 600 dollar zərər vurub: "Ona 32 ədəd çar III Aleksandra aid antik əşya vermişəm. Hələ də pulumu almamışam".

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26