Interposta.Info

Fərruxda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü anıldı (FOTOLAR)

Ölkə / Manşet
 31-03-2022, 19:41     182


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.

Bu barədə "İnterPosta"ya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Anım mərasimlərində əvvəlcə soyqırımı qurbanlarının, eləcə də ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Azad olunmuş Xocalı rayonunun Fərrux kəndində və respublikamızın digər bölgələrində keçirilən tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətini xüsusi vurğulayıblar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımıların dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər qeyd olunub.

Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, rayon incəsənət nümayəndələrinin və məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar, fotosərgilər, videoçarxlar nümayiş etdirilib.

Hərbi qulluqçular tərəfindən soyqırımı qurbanlarının abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26