Sabah hökumət Milli Məclisə hesabat verəcək
Sabah - martın 15-də Azərbaycan hökuməti Milli Məclisə hesabat verəcək.
"İnterPosta" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı parlamentin iclasında müzakirəyə çıxarılacaq.
Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir. Həmçinin toplantıda hökumət üzvləri də iştirak edəcək. Onlar deputatların hesabatla bağlı qaldırdığı məsələlərə cavab verəcəklər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26