Interposta.Info

Ötən il 30 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salınıb

Ölkə
 9-03-2022, 14:56     334

Xəbərdarlıqlara məhəl qoymadan müxtəlif vaxtlarda ərazilərimizə qanunsuz səfər etdiyi müəyyən olunmuş 286 xarici ölkə vətəndaşı barədə məlumat "Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilmiş (bunlardan 30 nəfəri hesabat ili ərzində səfər edib) həmin şəxslərin ölkəmizə girişinə qadağa qoyulub.

"İnterPosta" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Eyni zamanda, iki şəxsin adı sözügedən siyahıdan çıxarılıb.

Qeyd edilib ki, ərazilərimizin işğaldan azad edilməsi səbəbindən hesabat dövrü ərzində yuxarıda qeyd olunan qanunsuz səfərlərin sayında əvvəlki illərlə müqayisədə xeyli azalma müşahidə edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26